![](https://teleqraf.az/storage/2025/02/12/715x378/badfab81-5806-4f78-a54f-cf98e0af8e97.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən mövcud vəziyyətin qiymətləndirilməsi çərçivəsində aparılan monitorinqlər göstərir ki, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin daha səmərəli və müasir standartlara uyğun təşkili üçün müəyyən islahatlara ehtiyac var.
Teleqraf xəbər verir ki, bu fikirləri “Məktəbdənkənar təhsil: Çağırışlar və pespektivlər” mövzusunda keçirilmiş konfransda MÜTDA-nın direktoru Eşqi Bağırov səsləndirib.
O qeyd edib ki, məktəbdənkənar təhsil sahəsində hüquqi və normativ bazanın yenilənməsi, mövcud sənədlərin müasir tələblərə uyğunlaşdırılması və yeni normativ sənədlərin hazırlanması istiqamətində işlər davam etdirilir.