BAKI, 12 fevral. TELEQRAF

Saatlı sakini itkin düşüb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Məlumata görə, Saatlı rayon sakini, 1959-cu il təvəllüdlü Seyidov Mirhəsən Mirabdulla oğlu yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.

M.Seyidovun əlamətləri belədir: boyu 162 sm, orta bədən quruluşlu, saçları ağ, gözlərinin rəngi qəhvəyidir.

Evdən çıxan zaman üzərində qara rəngli palto, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in 102 Xidməti Zəng Mərkəzinə və ya Saatlı Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.