BAKI, 11 fevral. TELEQRAF

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Teleqraf xəbər verir ki, hərracda tələb 56,8 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

Bundan öncəki - 6 fevralda keçirilən hərracda bankların dollar tələbi 54,5 milyon ABŞ dollar olmuşdu.

Fevralda keçirilən 3 hərracda banklara 164,2 milyon ABŞ dolları satılıb.