BAKI, 11 fevral. TELEQRAF

2024-cü il ərzində satınalan təşkilatlardan daxil olan 15,704 yekun protokol təhlil edilib.

Teleqraf xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 2259 yekun protokol Dövlət Xidməti tərəfindən ləğv edilib. Bu, ümumi təhlil edilən protokolların 14,4 faizini təşkil edir.