BAKI, 12 fevral. TELEQRAF

Bədii gimnastika üzrə Rusiya milli komandasının baş məşqçisi İrina Viner vəzifəsindən istefa verib.

Teleqraf-ın məlumatına görə, bu barədə 77 yaşlı mütəxəssisin özü bildirib.

Viner bu vəzifədə 2001-ci ildən çalışırdı. Əməkdar məşqçinin rəhbərliyi altında Yevgeniya Kanayeva, Alina Kabayeva, Marqarita Mamun, Yuliya Barsukova kimi olimpiya çempionları yetişib. 2008-ci ildən o, Ümumrusiya Bədii Gimnastika Federasiyasına rəhbərlik edirdi.

Qeyd edək ki, 2023-cü ilin martında Gimnastika Etika Fondu İrina Vineri Beynəlxalq Gimnastika Federasiyasının bayrağı altında keçirilən bütün beynəlxalq tədbir və yarışlardan iki il müddətinə uzaqlaşdırıb.