![](https://teleqraf.az/storage/2025/02/12/715x378/556474.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Mumbay polisi Hindistanın Baş naziri Narendra Modinin Fransa və ABŞ səfərləri zamanı terror hücumu ilə bağlı xəbərdarlıq alıb və araşdırma başladıb.
Teleqraf xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, Mumbay polisinə telefonla zəng edilib və Baş nazirin xaricə səfərləri zamanı təyyarəsinə hücum edilə biləcəyi barədə xəbərdarlıq edilib. Polis bu məlumata əsasən araşdırma başladıb.
Qeyd edək ki, Hindistanın Baş naziri Narendra Modi fevralın 10-da Fransaya səfər edib və sonra ABŞ yola düşəcək.