![](https://teleqraf.az/storage/2025/02/12/715x378/elektrikli_avto.jpg)
2025-ci ilin yanvarında dünya üzrə elektrikli avtomobil satışları 18% artıb.
Teleqraf xəbər verir ki,"Bloomberg"ə istinadən xəbər verir ki, Avropa və ABŞ-da satışlar, ilk dəfə olaraq Çini geridə qoyub. Avropada, CO2 emissiya hədəflərinin təsiri ilə satışlar artıb. Çində isə bayramın təsiri ilə satışlar 43% azalıb.
Yanvar ayında qlobal elektrikli avtomobil satışları 1,3 milyon ədəd olub və 17,7% artıb. Çin bazarında satışlar 11,8% artaraq 0,7 milyon, Avropada isə 21% artaraq 0,25 milyon olub. Fransa və Almaniyada satışlarda müvafiq vergi və subsidiyalardan asılı olaraq fərqli rəqəmlər qeydə alınıb. ABŞ və Kanadada isə satış 22,1% artaraq 0,13 milyon ədədə çatıb.
Qeyd edək ki, qlobal satışlar dekabr ayı ilə müqayisədə 35% azalıb.