![](https://teleqraf.az/storage/2025/02/11/715x378/gnc_mktb.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyi xüsusi geyim formasının satınalınması ilə bağlı 170 min manatlıq açıq tender elan edib.
Teleqraf dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, ümumilikdə 8955 ədəd jilet, xələt, gödəkçə, pencək, şalvar və fosforlu yağmurluq plaşın satın alınması üçün ehtimal olunan qiymət 170 min 5,55 manatdır.
Müsabiqədə iştirak haqqı 250 manatdır. Tenderlə bağlı təkliflərin son təqdim olunma tarixi fevralın 20-dir. Zərflər də həmin gün açılacaq.