
Bakı, 10 fevral. TELEQRAF
“AFB Bank”ın valyuta mübadiləsi əməliyyatlarına dair məlumatları informasiya sisteminə düzgün təqdim etməməsi halı müəyyən olunub.
Teleqraf bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, Mərkəzi Bank “AFB Bank” ASC-yə gələcəkdə müvafiq pozuntulara yol verilməməsi üçün vahid informasiya sisteminin iştirakçılarının Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı icrası məcburi sərəncam verib.