BAKI, 10 fevral. TELEQRAF

Azərbaycan banklarında əcnəbilərin əmanətləri artıb.

Teleqraf Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, ötən ilin sonuna xarici vətəndaşların banklardakı əmanətlərinin həcmi 1 milyard 328 milyon manat olub.

Bu, 2023-cü ilin sonu ilə müqayisədə 85,7 milyon manat və ya 7 faiz çoxdur.

Əcnəbilər əmanətlərini əsasən xarici valyutada saxlayırlar. Onların əmanətlərinin 472 milyonu manatı və ya 36 faizi milli valyutada, 856 milyonu manatı və ya 64 faizi isə xarici valyutadır.

Əcnəbilərin əmanətləri 2022-ci ildən artmağa başlayıb. Həmin ilin sonunda əcnəbilərin əmanətləri 2021-ci ilin sonu ilə müqayisədə 872,9 milyon manat artaraq 1 milyard 174,2 milyon manat olmuşdu.