BAKI, 9 fevral. TELEQRAF

Azərbaycanın Avstraliyadan idxalı kəskin artıb.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan ötən il Avstraliyadan 1 milyard 463,12 milyon dollarlıq məhsul idxal edib. Bu, 2023-cü illə müqayisədə 125 dəfə çoxdur. Azərbaycan 2023-cü ildə bu ölkədən 11 milyon 688,97 min dollarlıq məhsul idxal etmişdi.

Artıma səbəb qızıl idxalı olub. Belə ki, Avstraliyadan 2024-cü ilin ilk 11 ayında 1 milyard 198 milyon dollarlıq qızıl idxal edilib.

Nəticədə, Avstraliya Azərbaycanın idxalında beşinci yerə yüksəlib. Bu ölkənin Azərbaycanın ümumi idxalında payı isə 6.95 faiz olub.