BAKI, 7 fevral. TELEQRAF.
Qeyri-bank kredit təşkilatları kreditləşməni artırıb.
Teleqraf Mərkəzi Bankın pul-kredit statistikasına istinadən xəbər verir ki, 2024-cü ilin sonuna qeyri-bank kredit təşkilatları iqtisadiyyata 1 milyard 810.6 milyon manat kredit qoyub.
Bu, 2023-cü ilin sonu ilə müqayisədə 2,2 dəfə çoxdur. 2023-cü ilin sonuna bu göstərici 792,2 milyon manat idi.
Nəticədə, ümumi kreditləşmədə qeyri-bank kredit təşkilatlarının payı 3,3 faizdən 6,2 faizə yüksəlib.
Azərbaycanda ötən ilin sonunda kredit təşkilatlarının kredit qoyuluşu 29 milyard 288.2 milyon manat olub.