
BAKI, 7 fevral. TELEQRAF
Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının bu il yanvarın 1-dək cəlb etdiyi əmanətlərin 88 faizi (12 milyard 954.4 milyon manat) Bakı şəhərinin payına düşüb.
Teleqraf Mərkəzi Bankın pul-kredit statistikasına istinadən xəbər verir ki, paytaxtdakı əmanətlərin 8 milyard 214.9 milyon manatı milli valyutada, 4 milyarda 739.5 milyon manatı isə xarici valyutada yerləşdirilib.
Bakıdan sonra Sumqayıt şəhəri 334,8 milyon manatla ikinci, Gəncə şəhəri isə 210 milyon manatla üçüncüdür.
Rayon və şəhərlər arasında ən az əmanət cəlb edilən region Laçındır – 100 min manat.
İşğaldan azad olunmuş Şuşa, Xocalı, Xocavənd, Cəbrayıl, Kəlbəcər və Qubadlıda əmanət cəlb olunmayıb.