Vətəndaşların kredit təşkilatları ilə bağlı Azərbaycana Mərkəzi Bankına yazılı müraciətləri kəskin artıb.

Teleqraf.com-un Mərkəzi Banka istinadən məlumatına görə, ötən il kredit təşkilatlarından 11 min 370 yazılı müraciət daxil olub ki, bu da 2023-cü illə müqayisədə 40 faiz və ya 3 min 270 müraciət çoxdur.

Sığortaçılar ilə bağlı müraciətlər də 297 ədəd artaraq 3 min 123 olub.

Ən az artım kapital bazarı ilə bağlı olub – 9 ədəd artaraq 369 olub.

Digər müraciətlər isə 1813 olub. Ümumilikdə isə, Mərkəzi Banka ötən il 16 min 675 yazılı müraciət olub.