Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Yanq Boyz" - "Qarabağ" matçının başlama saatı müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Yanq Boyz" klubunun saytında məlumat verilib. Avqustun 20-də oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

"Yanq Boyz" - "Qarabağ" görüşü "Stad de Sviss" stadionunda keçiriləcək.

Bu komandalar arasında cavab qarşılaşması avqustun 27-də Bakıda olacaq.

Rüstəm