BAKI, 24 yanvar. TELEQRAF
Avropa Çempionatında Ermənistanla oyun zamanı Ukrayna milli futzal komandasının oyunçuları rəqib komandadakı rusiyalı oyunçularla əl sıxmaqdan imtina ediblər.
Teleqraf xəbər verir ki, buna səbəb Ermənistan milli futzal komandasının oyunçusu Denis Nevedrovun AVRO-2026 qrup mərhələsinin birinci tur oyunundan sonra Ukrayna millisinin ünvanına nalayiq ifadələr işlətməsi olub.
Nevedrov Ukrayna komandasını "axmaq" adlandırıb və həmçinin nalayiq söz işlədib.
Ermənistan tərəfi Avropa Futbol Assosiasiyaları İttifaqına ünvanladığı məktubda Ukraynanın ittihamlarını təkzib edib.
Qeyd edək ki, bundan əvvəl Polşa rusların iştirakına icazə vermək istəmədiyi üçün Avropa Çempionatından imtina etmişdi.