BAKI, 15 may. TELEQRAF

Stolüstü tennis üzrə ölkə çempionatında ilk qaliblər məlum olub.

Teleqraf xəbər verir ki, “Şüa” İdman Kompleksində davam edən stolüstü tennis üzrə Azərbaycan çempionatında qalib və mükafatçılar məlumdur. Kişilərin mübarizəsi “Bakı-1” komandasının qələbəsi ilə yekunlaşıb.

“Bakı-2” ikinci, “Bakı-3” və “Şabran” kollektivləri üçüncü yeri tutub. Qadınların yarışından “Sumqayıt-1” komandası qalib ayrılıb. “Bakı-1” ikinci, “Bakı-2” və “Sumqayıt-2” komandaları üçüncü pillədə qərarlaşıb. Çempionatın növbəti günlərində idmançılar şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərəcəklər. Yarışa mayın 17-də yekun vurulacaq.