BAKI, 13 may. TELEQRAF

Azərbaycan Karate Federasiyasının (AKF) Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Cahangir Babayev Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib.

Teleqraf xəbər verir ki, bu barədə AKF-dən məlumat verilib.

Qeyd edək ki, C.Babayev komitədə təmsil olunan 7 üzvdən biri olacaq.