BAKI, 13 may. TELEQRAF

Azərbaycanın buzüstü hokkeyçilərdən ibarət "Ocaq Sport" komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş beynəlxalq "Galaxy Cup" turnirində çıxış edib.

Teleqraf-ın məlumatına görə, "Ocaq Sport" 6 komanda arasında 3-cü yeri tutub.

Qapıçı İlkin Qəmbərov isə ən yaxşı oyunçu adına layiq görülüb.

Qeyd edək ki, bu, Azərbaycan komandasının qatıldığı ilk beynəlxalq turnir idi.