
UEFA Avropa Liqasının 1/16 final mərhələsində keçirilən "Beşiktaş" - "Liverpul" oyununda yeni rekord müəyyənləşib.
Teleqraf.com-un məlumatına görə, "Atatürk Olimpiya" stadionunda keçirilən matçı 63 min 324 azarkeş izləyib. Bu, Avropa Liqasının tarixində mütləq rekorddur.
Qeyd edək ki, "Beşiktaş" penaltilər seriyasında 5:4 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Rüstəm