"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb.

Teleqraf.com xəbər verir ki, ulduz futbolçu Almaniya vətəndaşlığına keçə biləcəyini istisna etməyib:

"Alman vətəndaşlığı? Niyə də yox? Karyeramı bitirdikdən sonra Münhendə qala bilərəm. Oğlum Saif isə burada doğulub və o, bir gün Almaniya millisində çıxış edə bilər".

Rüstəm