
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində daha bir dəyişiklik baş verib.
Teleqraf.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, “Qarabağ”ın müdafiçisi Maksim Medvedyev zədəli olduğu üçün millinin düşərgəsindən ayrılıb.
Xatırladaq ki, daha öncə Rəşad Sadiqov (“Qəbələ”) və Səlahət Ağayev (“İnter”) zədəli olduqları üçün millinin heyətində Türkiyəyə yollanmayıblar.