
"Mançester Yunayted" yarımmüdafiəçisi Maykl Kerriklə müqavilə yeniləmək fikrindədi.
Teleqraf.com "Daily Mail"ə istinadən xəbər verir ki, "mankunyanlar" ingilis futbolçuya bir illik saziş təklif edəcəklər.
Hələlik Kerrikin təklifə razılıq verib-verməyəcəyi sual altındadı.
33 yaşlı oyunçunun hazırkı müqaviləsi 2015-ci ilin yayında bitir. Cari mövsümdə Premyer Liqada 13 matçda meydana çıxan Kerrikin aktivində 1 məhsuldar ötürmə var.
Rüstəm