"Valensiya"nın müdafiəçisi Xose Qayya "Real"ın maraq dairəsinə düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “AS” qəzeti məlumat yayıb. Klub rəhbərliyi artıq danışıqlara başlayıb.

19 yaşlı futbolçunun klubu ilə olan sazişi 2018-ci ilə kimi nəzərdə tutulub. Onun müqaviləsində 18 milyon avro qarşılığında sərbəst qala biləcəyinə dair bənd var.

Cari mövsümdə 24 matçda meydana çıxan Qayyanın aktivində 2 qol və 4 məhsuldar ötürmə var.

Rüstəm