İspaniyanın "Barselona" klubunun məşqçilər heyəti "Bayer"in yarımmüdafiəçisi Lars Benderi transfer etməyi düşünür.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə katalon televiziyası məlumat yayıb.

Baş məşqçi Luis Enrikenin fikrincə, alman futbolçu komandasına faydalı ola bilər.

Cari mövsümdə Bundesliqada 18 matçda əsas heyətdə meydana çıxan Benderin aktivində 1 qol və 2 məhsuldar ötürmə var.

"Barselona" Benderlə yanaşı, Danilonu da heyətinə qatmaq istəyir.

Rüstəm