
"Real"ı ulduz futbolçusu Kriştiano Ronaldonu sata bilər.
Teleqraf.com xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Peres portuqaliyalı ilə bağlı gələn təkliflərə baxacaq. Əgər dəyərli təklif gəlsə, Ronaldo satılacaq.
"Prezident son hadisələrə diqqətlə fikir verib", – deyə mənbə Ronaldonun "Atletiko"ya 0:4 hesablı məğlubiyyətdən sonra ad günü partisi təşkil etməsinə eyham vurub.
Məlumatda bildirilir ki, Peres əvvəlki səhvlərini təkrarlamaq istəmir, Ronaldonu satmaqla pulunu çıxarmaq niyyətindədi. Bu vaxta qədər komandanın bütün ulduz futbolçuları (Fiqo, Zidan, Ronaldo, Bekhem) klubu havayı tərk edib.
Xəbərdə həmçinin qeyd olunur ki, Ronaldonu "Mançester Yunayted"ə geri qaytarmağı planlaşdırırlar.
Ronaldonun "Real"la hazırki müqaviləsinin müddəti 2018-ci ilə qədərdir.
Rüstəm