
Martın 17-dən 21-dək Bakıda təşkil olunacaq Avropa çempionatının əsas seçmə mərhələ oyunlarına hazırlaşan futzal üzrə Azərbaycan milli komandası fevralın 10-dan 22-dək Belarusun paytaxtı Minsk şəhərində təlim-məşq toplanışı keçirəcək.
AFFA-dan Teleqraf.com-a bildiriblər ki, Belarusa yollanan komandanın heyətində bir dəyişiklik edilib. Zədəli Fernando Da Silva Amadeunun əvəzinə toplanışa “Fənər” komandasının üzvü İlkin Hacıyev dəvət olunub.