
İspaniya La Liqasının 22-ci turunda evdə "Real"a qalib gələn (4:0) "Atletiko" klubu ciddi itki ilə üzləşib.
Komandanın aparıcı futbolçularından olan Koke zədələnərək sıradan çıxıb.
Matçın 10-cu dəqiqəsində sol ayağından zədə alan təcrübəli futbolçu əvəzlənmək məcburiyyətində qalıb. Onun ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, Koke bir ay müddətində 3 La Liqa və 1 Çempionlar Liqası matçında iştirak edə bilməyəcək./qol.az/