Madrid "Real"ının əsas müdafiəçisi Serxio Ramos ən azı 3 həftə yaşıl meydanlarda olmayacaq.

Trend-in cümə axşamı xarici KİV-ə istinadən verdiyi məlumata görə, buna səbəb futbolçunun ölkə çempionatı çərçivəsində "Sevilya" ilə keçirdiyi ev oyununda zədələnməsidir.

28 yaşlı S.Ramos matçın əvvəlində ombasından ciddi zədə alıb. Həmin oyun madridlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, elə həmin oyunda "Real"ın ayağından zədələnmiş digər futbolçusu Xames Rodriges isə 2 aylıq sıradan çıxıb.