Argentinalı ulduz futbolçu Messinin “Barcelona”dan ayrılması yenidən gündəmə gəlib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Lionel Messini transfer edəcək klub, 600 milyon avrosundan keçməli olacaq.

Futbolçunu müqaviləsinə əsasən Messini heyətində görmək istəyən klub “Barcelona”ya 250 milyon avro ödəməli olacaq. Bundan əlavə katalan klubunda illik 20 milyon avro qazanan Messi, transfer oluna biləcəyi komandadan en azı 40 milyon istəyir.

5 illik müqaviləyə bağlanacağı təqdirdə xərclənəcək məbləğ isə 200 milyon avro edəcək.

Messi üçün ödənəcək vergi məbləği isə təxminən 150 milyon avrodur. Bütün bu rəqəmlər topladıqda Messini əldə etmək istəyən klubun kassasında 600 milyon avronun olması lazımdır.

Bu məbləği bu anda ödəyə biləcək komandalar sırasında “Manchester City” və “Paris Saint-Germain” göstərilərkən, “Chelsea”nın isə belə bir yükün altına girə bilməyəcəyi deyilir.

Messiyə transferi üçün xərclər

1. Transfer qiyməti - 250 milyon avro

2. 5 illik maaş - 200 milyon avro

3. Vergi - 150 milyon avro

CƏMİ: 600 milyon avro

Rüstəm