Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirində növbəti oyunlar keçiriləcək.

Sport7.az xəbər verir ki, 1997-ci ilədək futbolçulardan təşkil olunmuş yığmaların yarışında millimiz ikinci görüşünə çıxacaq.

Nikolay Adamın yetirmələri bu dəfə son anda turnirə qatılmış Rusiyanın II komandası ilə qarşılaşacaq.

İlk görüşdə Yaponiyanı 1:0 hesabı ilə məğlub edən futbolçularımız qələbə qazansa, qrup qalibi olacaq.