“Bavariya” yeni mövsüm üçün ilk transferini reallaşdırıb.

Münhen təmsilçisi "Ştutqart"ın futbolçusu Coşua Kimmiç ilə 2020-ci ilin yayına qədər anlaşıb.

Tərəflər arasında rəsmi müqavilə imzalanıb. 19 yaşlı yarımmüdafiəçi 2015-ci ilin iyul ayından etibarən "Bavariya"ya qoşulacaq.

Qeyd edək ki, hazırda "Leypsiq"də icarə əsasında forma geyinən Kimmiç 2014-cü ilin iyulunda Almaniya U-19 millisinin heyətində Avropa çempionu olub./anspress/