BAKI, 8 dekabr. TELEQRAF
Paytaxtın Sabunçu rayonunda mağazaların birində talama faktı olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmərindən Teleqraf-a verilən xəbərə görə, rayonun Maştağa qəsəbəsindəki marketin saxlanc yerində müştərinin gödəkcəsindən 1700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 47 yaşlı R.Cəfərov müəyyən olunaraq saxlanılıb.
Nəsimi rayonunda isə bir nəfərə məxsus içərisində qızıl-zinət əşyası, 2 ədəd qol saatı olan çantanı talamaqda şübhəli bilinən X.Cəbrayılova da müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.