BAKI, 8 dekabr. TELEQRAF

Yasamal rayonu ərazisindəki yaşayış binalarının liftlərindən ayrı-ayrı vaxtlarda oğurluqlar edilməsi barədə polisə məlumatlar daxil olub.

Teleqraf xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Z.Nəsirov müəyyən edilərək saxlanılıb.

Binəqədi rayonunda isə bir nəfərə məxsus 7000 manat dəyərində moped oğurlamaqda şübhəli bilinən iki nəfər yeniyetmə də polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.