BAKI, 24 oktyabr. TELEQRAF

Bakı şəhər sakini 69 yaşlı Arif İsmayılov paytaxtın Nizami rayonunda yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin (+994)55 202-91-19 və (+994)50 973-86-73 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur" - deyə məlumatda qeyd olunub.