BAKI, 7 noyabr. TELEQRAF

Bakının Sabunçu rayonunda mağazada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 90 m² olan ərzaq mağazasının dam örtüyünün taxta atmaları 6 m² sahədə yanıb.

Yüksək temperaturdan 4 ədəd vitrin soyuducusu qarsalanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.