BAKI, 6 noyabr. TELEQRAF

Salyanda baş verən qəza zamanı 2 nəfər xəsarət alıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, yol nəqliyyat hadisəsi rayonun Qarabağlı kəndi ərazisində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını "Kamaz"markalı avtomobil ilə toqquşub.

Qəza zamanı minik maşınında olan sürücü və sərnişin xəsarət alıb.

Qəza zamanı xəsarət alan şəxs Vətən müharibəsi şəhidi Şahmar Mənəfovun atası Vidadi Mənəfovdur.

Faktla bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı TƏBİB-dən verilən məlumata görə, 6 noyabr 2025-ci il tarixində saat 10:40 radələrində ­Salyan rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər (1 kişi, 1 qadın) Salyan Rayon Mərkəzi Xəstəxanası­­nın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabildir.