BAKI, 6 noyabr. TELEQRAF

İmişli rayonunun Bəhramtəpə qəsəbəsində həyətyanı sahəyə yığılan 6 ton ot bağlamasının 2 tonu yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib.

Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.