BAKI, 4 noyabr. TELEQRAF

Paytaxtın Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf-a verilən xəbərə görə, zərərçəkmiş iki nəfər polisə müraciət edərək ümumilikdə 10000 manat dəyərində məişət əşyalarının talanmasını bildiriblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə V.Məmmədov və əvvəllər məhkum olunmuş R.Əliyev şübhəli şəxs qismində saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.