
BAKI, 6 aprel. TELEQRAF
ABŞ-nin maliyyə naziri Skott Bessent yeni tariflərin ölkədə resessiyaya (iqtisadi fəallığın azalması) səbəb olmayacağını bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə "NBC" telekanalına müsahibəsində danışıb.
"Düşünürəm ki, iş yerlərinin sayındakı artımı görə bilərik, buna görə də tənəzzülə uğramağımız üçün heç bir səbəb görmürəm", - o deyib.