
BAKI, 6 aprel. TELEQRAF
Çexiyanın Teplitse şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ikinci günündə Azərbaycan cüdoçuları 2 medal qazanıb.
Teleqraf xəbər verir ki, Ayxan Həsənli (73 kq) və Sübhan Axundov (+90 kq) yarışın gümüş medalına yiyələnib.
Turnirin ilk günündə Azərbaycan təmsilçiləri 7 medalla yadda qalmışdı. Nərmin Ağamirzadə (48 kq) və Rəsul Əlizadə (55 kq) qızıl, Gülşən Hüseynova (44 kq) gümüş, Mədinə Hüseynova (40 kq), Anar Quliyev (50 kq) Röyal Qayıbov (60 kq) və Əli Hümbətov (66 kq) bürünc medalın sahibi olmuşdu.
Yeniyetmələrdən ibarət Azərbaycan milli komandası Teplitse Avropa Kubokunu 9 medalla (2 qızıl, 3 gümüş və 4 bürünc) 38 ölkə arasında ikinci sırada bitirib.