​BAKI, 6 aprel. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi məktub mübadiləsindən sonra İran ilə ABŞ arasında danışıqların olmadığını açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə İran parlamentinin xəbər agentliyinə müsahibəsində danışıb.

Əraqçi qeyd edib ki, İran mövcud problemlərin həlli üçün diplomatik yola sadiqdir.

"Biz öz nöqteyi-nəzərimizi bildirdik, ona görə də biz diplomatiyaya və danışıqlar yoluna sadiqik, ancaq dolayı yolla gedirik. Əlbəttə, etiraf etmək lazımdır ki, indiyədək danışıqların bir nəticəsi olmayıb", - diplomat bildirib.

Qeyd edək ki, martın 7-də ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri Ayətullah Əli Xameneiyə nüvə proqramı üzrə danışıqların aparılması təklifi ilə məktub göndərdiyini açıqlayıb.