
BAKI, 24 mart. TELEQRAF
Azərbaycanda itkin düşən şəxslərin tapılması üçün tədbirlər davam edir.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
"Martın 22-də və 23-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib", - deyə məlumatda qeyd olunub.