BAKI, 20 mart. TELEQRAF

Masallı Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini, iqtisadçı alim İsa Nuriyev vəfat edib.

Bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.

İ.Nuriyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhum rayonun Musakuçə kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, İ.Nuiyev 1956-cı ildə anadan olub. Uzun illər Masallı Rayon İcra Hakimiyyətində çalışıb.

Daha sonra Masallı Aqrar Sənaye Kompleksinin sədr müavini olub.