BAKI, 21 mart. TELEQRAF

Amerikalı milyarder İlon Maskın sahibi olduğu "Tesla" şirkətinə aid 46 mindən çox "Cybertruck" modeli geri çağrılıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi məlumat yayıb.

Məlumata görə, sözügedən qərar 2024-2025 model avtomobillərini əhatə edir. Geri çağrılmaya səbəb isə avtomobilin paslanmayan poladdan hazırlanmış xarici üzlük panelinin qopmaq riski ilə bağlıdır.

Administrasiyanın açıqlamasında bildirilir ki, qüsurlu panel yolda təhlükə yarada, qəza riskini artıra bilər.