BAKI, 20 mart. TELEQRAF

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Binəqədi və Yasamal rayonları ərazisindən 1 avtomat silahı, 1 tapança, 1 patron darağı və 4 ədəd patron tapılaraq götürülüb.

Paytaxtın Nəsimi rayonu ərazisində üç nəfər şəhər sakini 3 avtomat silahı və 14 ədəd patronu könüllü olaraq polisə təhvil verib.

Araşdırmalar aparılır.