BAKI, 20 mart. TELEQRAF

"Rusiyaya qarşı sanksiyalar yalnız ruslar iki şərti yerinə yetirdiyi halda yumşaldıla bilər".

Teleqraf xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, şərtlərdən biri Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasıdır.

“Rusiya öz qoşunlarını torpaqlarımızdan çıxarmağa və təcavüz nəticəsində dəyən zərəri kompensasiya etməyə başlayanda sanksiyalar yumşaldılmalıdır. Mən sizi Rusiyanın hərbi əməliyyatlarını maliyyələşdirmək cəhdlərinə qarşı mübarizəni davam etdirməyə çağırıram”, - Zelenski qeyd edib.