BAKI, 20 mart. TELEQRAF

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Avropa liderlərinin Ukrayna üzrə xüsusi nümayəndə təyin etmək ideyasını rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Qəzetin mənbələrinə görə, Kallas Aİ liderlərinin qapalı görüşündə Ukrayna ilə münasibətlərin onun səlahiyyətində olduğunu, ayrıca səfir təyin edilməsinin heç bir fayda verməyəcəyini bildirib.

Təklif İspaniyanın baş naziri Pedro Sançes və Finlandiya prezidenti Aleksandr Stubb tərəfindən irəli sürülüb, onlar bildirib ki, səfirin və danışıqlar qrupunun təyin edilməsi Aİ-nin sülh danışıqlarında təsirini gücləndirə bilər.