BAKI, 20 mart. TELEQRAF

"Ukrayna üzrə sülh sazişi Kiyev üçün təhlükəsizlik zəmanəti olmadan bağlanarsa, o zaman Rusiya onu pozacaq".

Teleqraf "Sky News" telekanalına istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Keir Starmer ölkəsindəki hərbi bazalardan birində çıxışı zamanı deyib.

O, iddia edib ki, Ukrayna ilə bağlı istənilən razılaşma Prezident Vladimir Putin tərəfindən pozulacaq.

“Biz bunu bilirik, çünki bu, əvvəllər də olub. Mən bunun yenidən baş verəcəyinə tam əminəm" - Starmer deyib.