
BAKI, 20 mart. TELEQRAF
Şəmkir rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Şəmkir rayonunun Qədimqala kəndində ümumi sahəsi 160 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin dam örtüyünün taxta atmaları 120 m² sahədə, bir otağın tavanı 6 m² sahədə, mətbəxin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.